Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zakir Həsənov iki generalı ehtiyata buraxıb – RƏSMİ + FOTO

130 Baxış

Azərbaycanda iki general ehtiyata buraxılıb.

Oxu.Az bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat əldə edib.

Məlumata əsasən, Müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrlə 3-cü ordu korpusu – Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov ehtiyata buraxılıb.

Digər əmrlə 4-cü Ordu korpusunun – Bakı hərbi birləşməsinin komandiri, general-mayor Xəqani Cəbrayılov ehtiyata buraxılıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə hər iki generalın vəzifəsindən kənarlaşdırılması barədə məlumatlar yayılmışdı.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678