Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu il güzəştli kreditlər kimlərə veriləcək? – RƏSMİ

128 Baxış

2021-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznes sahiblərinə 130 milyon manat həcmində güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır.

Bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov Fondun ötən ilki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında məlumat verib.

Belə ki, 2021-ci il ərzində də kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə sahibkarların kreditlərlə təmin olunmasına şərait yaradılacaq. Belə ki, bu mexanizmin tətbiqi ilə sahibkarlara 80 milyon manat həcmində kreditin verilməsi planlaşdırılır.

Eləcə də, bu il ərzində zəmanətli kredit və faiz subsidiyası mexanizminin təbiqi ilə sahibkarların banklar tərəfindən kreditlərlə təmin olunmasına imkan yaradılacaq. Növbəti dövrdə sahibkarların 370 milyon manat məbləğində zəmanətli kreditlərlə təmin edilməsi planlaşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678