Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ən çox hansı rayonların güzəştli kredit əldə etdiyi açıqlandı

124 Baxış

Azərbaycanda ən çox hansı rayonların və regionların güzəştli kreditlər əldə etdiyi məlum olub.

Bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov Fondun ötən ilki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, Bakı şəhəri və ətraf qəsəbələrdən güzəştli kreditlər əldə edənlər say üzrə 3,5 faiz təşkil edib. Say üzrə güzəştli kredit əldə edənlərdən Quba-Xaçmaz iqtisadi regionu 17,6 faiz, Lənkəran 16,3 faiz, Gəncə-Qazax iqtisadi regionu 13,4 faiz, Şəki-Zaqatala regionu 4,6 faiz, Dağlıq Şirvan bölgəsi 3,7 faiz təşkil edib.

Güzəştli kreditlərin verilməsi üzrə layihələrin ümumi sayı 908 olub. Layihələrin ümumi dəyəri 397 milyon manat təşkil edib. Verilən güzəştli kreditlər sayəsində 2 725 iş yeri yaranmağa başlayıb.

Qeyd edilib ki, Bakı şəhəri və qəsəbələri üzrə 32 layihəyə 26,7 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 160 layihəyə 10,7 milyon manat, Gəncə-Qazax iqtisadi rayonu üzrə 10,5 milyon manat, Abşeron iqtisadi rayonu üzrə 33 layihəyə 32,3 milyon manat, Aran iqtisadi rayonu üzrə 309 layihəyə 35,8 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 42 layihəyə 4,2 milyon manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 28 layihəyə 2,4 milyon manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 34 layihəyə 1,4 milyon manat, Lənkəran iqtisadi rayonu üzrə 148 layihəyə 2,9 milyon manat güzəştli kredit verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678