Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək

142 Baxış

2020-2021-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala biləcəklər.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” ölkə Prezidentinin müvafiq sərəncamında təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 2020-2021-ci tədris ilindən başlayaraq, 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub.

Bu hədəfin reallaşdırılması üçün təhsil nazirinin müvafiq əmri ilə əlavə təqaüd yerlərinin sayı müəyyən edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678