Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıtın icra başçısı peyvənd olundu – FOTO

115 Baxış

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Sumqayıt şəhərində də vaksinasiya prosesi davam edir.

Sumqayıt şəhəri İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, şəhərdə vaksinasiya prosesinin həyata keçirilməsi üçün səkkiz tibb məntəqəsi fəaliyyət göstərir.

Tibb məntəqələrində təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək dörd minə yaxın şəhər sakini peyvənd edilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da bu gün COVID-19 əleyhinə peyvənd olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678