Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə əməliyyat olunan azərbaycanlı polkovnik: “Ayağımı kəsilməkdən xilas etdilər” – FOTO

105 Baxış

Türkiyənin Ərzurum şəhərində Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Famil Məmmədovun ayağı amputasiya olunmaqdan xilas edilib.

Bu barədə “Haberler” məlumat yayıb.

Polkovnikə daban tikanı və nəticədə sol ayağın tam aterosklerozu diaqnozu qoyulub. Həkimlərin Bakıdakı və ya Türkiyədəki mütəxəssislərə müraciət etmək tövsiyəsindən sonra Famil Məmmədov müayinə üçün Ərzuruma yollanıb. Ərzurum Mərkəzi Şəhər Xəstəxanasında polkovnik əməliyyat olunub və bununla da ayağının amputasiya edilməsinə ehtiyac qalmayıb.

Həmyerlimizi əməliyyat edən həkim Mehmet Ali Kaygının sözlərinə görə, F.Məmmədov bir qədər gec müraciət etsəydi, ayağının diz nahiyəsindən amputasiyası qaçılmaz ola bilərdi.

Uğurla əməliyyat olunan polkovnik Famil Məmmədov isə həkimlərə təşəkkür edərkən göz yaşlarını saxlaya bilməyib:

“Çox şükür səhhətim qaydasındadır. Həkimlərə, burada çalışan hər kəsə təşəkkür edirəm, ayağımı kəsilməkdən xilas etdilər”.

Qeyd olunur ki, hazırda polkovnik özünü yaxşı hiss edir və tezliklə Azərbaycana qayıdacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678