Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Toyota” avtomobillərinin qeydinə qalmağa davam edir

136 Baxış

“Toyota” müxtəlif servis kampaniyaları ilə avtomobillərinin qeydinə özünəməxsus tərzdə qalmağa davam edir. 

Hər zaman sürücülərin və yol hərəkət iştirakçılarının təhlükəsizliyinə böyük diqqət yetirən “Toyota” pandemiya başlayan kimi “Toyota” avtomobillərinin az idarə olunacağını nəzərə alaraq, bir sıra kampaniyalar ilə sürücüləri avtomobillərinin qayğısına qalmağa təşviq etdi.

Belə ki, “Toyota” sahibləri rəsmi dilerlər tərəfindən təklif olunan xüsusi endirim kampaniyalarından yararlanır. Bu xüsusi təkliflərin arasında yenicə başlayan və ən çox tələb olunan orijinal ehtiyat hissələrinə 15% və müvafiq xidmət haqqına 10% endirim kampaniyasına maraq daha yüksəkdir. 
 
Bu marağa əsas səbəb isə “Toyota” servis mərkəzlərində yalnız orijinal ehtiyat hissələri və aksessuarları ilə xidmət göstərilməsi və bu orijinal ehtiyat hissələrinə 1 il zəmanətin verilməsidir. Bütün bu işləri isə yüksək ixtisaslı peşəkar texniklər həyata keçirir.
 
Bundan başqa, “Toyota” istehsal ili 2016-cı ilə qədər olan avtomobillərdə yağ dəyişməyə, yağ filtrinə və müvafiq xidmət haqqına da 20% endirim təqdim edir. Bir daha vurğulamaq yerinə düşər ki, rəsmi “Toyota” dilerlərində yalnız orijinal “Toyota” mayeləri istifadə olunur və təmir ərazisinə daxil olan hər bir avtomobil təhlükəsizlik yoxlanışlarından keçir.

Əlavə olaraq bildirək ki, qış mövsümündə avtomobilinizi təhlükəsiz və komfortlu idarə etməyiniz üçün orijinal qış aksessuarları və mayelər üçün 15%-dən 25%-dək endirimlər hələ də davam edir.

“Biz “Toyota” keyfiyyətini təmin edən işlərin “Toyota”nın rəsmi dilerlərində yerinə yetirilməsini məsləhət görürük. Bunun səbəbi avtomobili ən yaxşı şəkildə bilməyimizdir”, – deyə “Toyota”nın Azərbaycanda rəsmi nümayəndəliyindən bildirilib.

Sizin “Toyota”nız “Toyota” keyfiyyətinə layiqdir.

Daha ətraflı məlumatı rəsmi diler mərkəzləri ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 

www.toyota.az veb-saytında sizə ən uyğun vaxtda onlayn servisə yazılın.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678