Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı bəstəkar Türkiyə prezidentinə mahnı ərmağan etdi – FOTO/VİDEO

132 Baxış

58 yaşlı azərbaycanlı ziyalı Azərbaycan – Türkiyə qardaşlığına mahnı həsr edib.

Oxu.Az-ın məlumatına görə, Əsədov Cəbrayıl Əsəd oğlu vətənpərvərlik mövzusunda bir neçə mahnı bəstələyib. 

Əslən Ağdamdan olan C.Əsədov o dövrdə bədii rəhbəri Murad Rzayev olan “Qarabağ Bülbülləri” ansamblı ilə əməkdaşlıq edib. 

O deyir ki, general-mayor Polad Həşimov şəhid olduğu gün onun xatirəsinə musiqi bəstələmək qərarına gəlib: 

“Düşünürdüm ki, necə bir layihə olsun ki, xalqımıza, əsgərlərimizə vətənpərvlik ruhunu aşılasın?! Beləliklə, Ramiz Məmmədzadəyə müraciət etdim. Sözləri ona məxsus olan mahnıya musiqi bəstələdim. Mahnı iki saat ərzində bəstələndi və əməkdar artist Gülüstan Əliyevadan mahnını ifa etməsini xahiş etdim. 

Gülüstan Əliyevanın ailəsində iki şəhid var. Düşündüm ki, bu mahnını ondan başqa heç kim ürəkdən, hiss edərək ifa edə bilməz. 

44 günlük Vətən Müharibəsi Azərbaycan üçün çox böyük, tarixi qələbə ilə yekunlaşdı. Bu münasibətlə həm xalqımızı, həm də bizə mənəvi dəstək olan, qardaş ölkə Türkiyəni təbrik edirəm. Bir millət, iki dövlət olduğumuzu hər zaman sübut etdik”.

C.Əəsdov deyir ki, bu mahnının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günü ərəfəsində yayımlanmasını istəyir:

“Bu mahnı bizim adımızdan ona bir ərmağan olsun. Çox istərdim ki, mahnıya klip çəkilsin. Klipin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada lentə alınmasını istərdim”.

Xatırladaq ki, C.Əsədov 10 ildən çox Dövlət Sərhəd Xidmətində xidmət edib. O, bugünə qədər 12 mahnı bəstələyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678