Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Polistar Boya” brendi altında məhsul istehsal edən yerli boya şirkəti ISO sertifikatına layiq görülüb – VİDEO

269 Baxış

Azərbaycanın ilk və sürətlə inkişaf edən boya şirkətlərindən biri olan “Polisan-Azərbaycan” MMC 2009-cu ildən bəri ölkə bazarında boyalar istehsal edir və bu müddət ərzində Azərbaycanda kifayət qədər uğur qazanıb, tanınıb.

2018-ci ildə şirkət rebrendinq edərək öz məhsullarını “POLISTAR Boya” markası altında alıcılara təqdim edir.

Son illərdə şəxsi evlərin və mənzillərin, eləcə də müəssisə və ofislərin interyerində divarların rənglənməsinə daha çox üstünlük verilir. Nəticədə hər şey dəbli görünməklə yanaşı, gözləri yormur. Əgər yaxın vaxtlarda evinizi təmir etməyi və divarları rəngləməyi planlaşdırırsınızsa, o zaman “Polistar Boya” sizin köməyinizə çatacaq. Nə üçün məhz “Polistar Boya”  yaxşıdır və təmir zamanı niyə onlara üstünlük verməli olduğunuzu düşünürsünüzsə, bu haqda aşağıdakı məlumatlardan tanış ola bilərsiniz.

Xüsusi olaraq vurğulayaq ki, boya istehsalı prosesində ən son alman texnologiyalarından istifadə olunur ki, bu da boyaların qüsursuz yüksək keyfiyyətinin göstəricisidir. Həmçinin qeyd edək ki, boyalar istər insanlar, istərsə də ətraf mühit üçün zərərsizdir. 

Boya ilə əlaqəli bütün sınaqlar şirkətin müasir texnoloji avadanlıqlarla təchiz olunmuş  laboratoriyasında uğurla həyata keçirilir. Bu da, “Polistar Boya”nın keyfiyyətini daha da yaxşılaşdırmaqla yanaşı, məhsulların qablaşdırılması zamanı AZS standartlarına uyğunluğunu təşkil edir.

Bəs “Polistar” boyalarının təmir üçün əvəzolunmaz edən əsas üstünlükləri nələrdir? 

– yüksək keyfiyyət

– tətbiqetmə asanlığı

– yaxşı yapışma

– nəmin divarlara daxil olmasının qarşısını almaq

– çatlamanın əmələ gəlməməsi

– geniş rəng çeşidi və çalarlar

– münasib qiymət

“Polistar” boyalarını Bakıda və bölgələrimizdə inşaat materialları satışı ilə məşğul olan irili-xırdalı topdan və pərakəndə satış məntəqələrindən əldə edə bilərsiniz. Həmçinin korporativ müştərilər məhsul almaq üçün birbaşa istehsal müəssisəsi ilə əlaqə saxlaya bilərlər (Bakı, Dərnəgül, blok 2096, bina 507).

Hazırda koronavirus pandemiyası və ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar şərtləri nəzərə alaraq boyaları həmçinin https://polistar.az/ saytı vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür. Onlayn alış-veriş prosesi çox sadədir. Saytda geniş ölçü və miqdarda “Polistar” boyalarının çeşidləri mövcuddur. Sifariş üçün ödəmə həm onlayn, həm də göstərdiyiniz ünvana çatdırıldıqdan sonra qapıda həyata keçirilə bilər. Boyaların çatdırılması ödənişsizdir. 

Həmçinin “Polistar Boya”nın peşəkar əməkdaşlarından boya və rəngləmə, təmir və tikinti zamanı digər vacib məsləhətləri pulsuz əldə edə bilərsiniz. Razılaşaq ki, bütün bu faktlar boya bazarında məhz bu markanın məhsullarının seçimində üstünlüyünün göstəricidir.

İnkişafın ən əhəmiyyətli prioritetlərindən biri olan innovasiyaların və beynəlxalq standartların tətbiqi “Polistar Boya”nı Azərbaycanın boya məhsulu bazarında parlaq şəkildə fərqləndirir. Boya zavodu çoxsaylı yerli keyfiyyət sertifikatları ilə yanaşı, dünyada qəbul edilmiş beynəlxalq standartlar və idarəetmə mexanizmlərinin tətbiqini təsdiqləyən ISO 9001:2015 sertifikatına layiq görülüb.

“Polistar Boya” qarşıdakı illərdə xarici bazarlara, xüsusən Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına “MADE IN AZERBAIJAN” markası altında çıxmağı planlayır.

2020-ci il təkcə “Polistar Boya” üçün deyil, bütün sahibkarlar üçün çətin bir il oldu. Lakin eyni zamanda ötən il hər bir azərbaycanlı üçün şərəfli və tarixi bir il oldu. Məhz 2020-ci ildə doğma Qarabağımız erməni işğalından azad edildi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

2021-ci il azad edilmiş Qarabağda dirçəliş ili olacaq. “Polistar Boya” özünün də bilavasitə iştirak edəcəyi azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işləri aparacaq şirkətlər üçün xüsusi endirimlər elan edir.

“Polistar Boya” boyaları haqqında daha ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla rəsmi saytdan əldə etmək olar.

Elektron poçt ünvanı – [email protected]

“Instagram” – https://www.instagram.com/polistarboya/

“Facebook” – https://www.facebook.com/polistarboya

Əlaqə nömrələri (+994) 12 5141908, (+994) 51 229 93 99.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678