Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəlilabadda mağazadan 25 min oğurlayan şəxslər ələ keçdi

121 Baxış

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakini S.Əsgərova məxsus şəhər ərazisində yerləşən tikinti malları mağazasından 14 300 manat və 6 400 ABŞ dollarının oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət daxil olub. 

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətmək şübhəli bilinən əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Tovuz rayon sakini Ceyhun Cəfərov və Abşeron rayon sakini Asif Əsədullayev Sumqayıt şəhəri ərazisində saxlanılaraq Cəlilabad RPŞ-yə gətiriliblər. 

Saxlanıldıqdan sonra C.Cəfərovun üzərinə keçirilən baxış zamanı ondan 63 qramdan artıq narkotik vasitə heroin, 92 qrama yaxın psixotrop maddə metamfetamin, 1 ədəd bıçaq və oğurlanan pulların bir qismi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678