Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtkin düşən 59 yaşlı qadın axtarılır – FOTO

138 Baxış

Sumqayıt şəhərində yaşayan 1962-ci il təvəllüdlü Təranə Bəylərova 2020-ci il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, evdən çıxarkən əynində göy rəngli qış gödəkcəsi, qara şalvar, ayağında çəkələk olub.

Onun əlamətləri belədir: boyu təxminən 150 sm, ağ qısa saçlı, arıq bədən quruluşlu, gözləri şabalıdı rənglidir.

Şəkildə gördüyünüz qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+994 18) 654-02-02 şəhər və (055) 277-20-07 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678