Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “Özümə dedim ki, vaksinasiya üçün niyə bu qədər gecikmişəm?!”

117 Baxış

2019-cu ilin dekabr ayının sonundan Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus hazırda bütün dünyanı cənginə alıb. 

Təəssüf ki, 2020-ci ilin fevral ayında Azərbaycan ərazisində ilk COVID-19-a yoluxma halları qeydə alındı və getdikcə yoluxma sayı artdı. 

Azərbaycan hökuməti insanların sağlamlığı üçün ölkədə xüsusi karantin rejimini tətbiq etdi. Buna baxmayaraq koronavirusla mübarizədə bütün ümidlər vaksinasiya ilə əlaqəlidir. Çünki bir ildən çoxdur ki, dünya bu xəstəliklə mübarizəyə aparır.

COVID-19-a qalib gəlmək üçün vaksin mütləqdir. Bunun üçün müxtəlif ölkələr tərəfindən peyvəndlər hazırlanıb, o cümlədən Çinin Sinovac şirkəti tərəfindən “CoronaVac” vaksini hazırlanıb. 

Təbii ki, Çində kifayət qədər yüksək səviyyəli laboratoriyalar var. Zamanında bu istiqamətdə bir sıra dərmanlar hazırlanıb. Aparılan tədqiqatlar nəticəsində “CoronaVac” vaksininin daha effektiv və təhlükəsiz olduğu rəsmi olaraq təsdiqlənib. 

Yanvarın 18-dən etibarən Azərbaycanda da vaksinasiya prosesinə başlanılıb. 

Hər kəsin maraqla gözlədiyi vaksin ilkin mərhələdə tibb işçilərinə vurulub. Hazırda isə 65 yaşdan yuxarı şəxslərə vurulur və bu proses davam etdirilir.

Qeyd edək ki, ilk vaksin Səhiyyə naziri Oqtay Şirəliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı vurdurub. 
Deputatlarlar arasında da vaskin vurudranlar olub.

Onlardan biri Milli Məclisin qocaman deputatlarından olan Eldar İbrahimovdur.

Millət vəkili peyvənd vurdurması barədə Oxu.Az-a açıqlama verib.

O bildirib ki, öz təşəbbüsü ilə vaksin vurdurub:

“Mən Binəqədi rayon ərazidində yaşadığım üçün burada yerləşən 9 nömrəli poliklinkaya yaxınlaşdım və peyvənd olundum. Yarım saat məni orada saxladılar. Mənə müəyyən məsləhətlər verdilər. Özümü çox yaxşı hiss edirəm. Artıq psixoloji cəhətdən də rahatam ki, mən peyvənd olundum. Bir aydan sonra ikinci doz vaksini vurduracam. Bütün hallarda özümü qoruyuram. Çalışıram ki, xəstələnməyim”.

Deputat qeyd edib ki, 65 yaşdan yuxarı hər bir şəxs peyvənd vurmalıdır:

“Bunun xeyiri var – xəstəliyin qarşısını alacaq, insan COVID-19-a yoluxsa da, yüngün keçirəcək. Poliklinkada müşahidələrimdən onu deyə bilərəm ki, vaksin olunmaq üçün gələnlər də çox idi. Öz-özümə dedim ki, mən niyə bu qədər gecikmişəm? Nəyə lazımdır ki, bu qədər gözləmək? Hər bir adamın sağlamlığı öz əlindədir. Gəlin, sağlam olmaq üçün vaksin vurduraq”.

Qeyd edək ki,  Azərbaycanda bu günədək koronavirusdan 65 min nəfər peyvənd olunub. Ümumiyyətlə ölkəyə cəmi 848 min doz vaksin gətirilib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678