Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyçayda qəza: Xəsarət alanlar var – FOTO

161 Baxış

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Göyçay-Ucar yolunun 9-cu kilometrliyində, rayonun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Göyçay istiqamətində hərəkət edən “Volkswagen” və VAZ-2107 markalı minik maşınları toqquşub.

Nəticədə hər iki sürücü – Aynur İbrahimova və Ramiz Məmmədov, eləcə də A.İbrahimovanın idarə etdiyi “Volkswagen” markalı maşında olan üç sərnişin qəza zamanı ağır xəsarətlər alaraq, yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hazırda fakt araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678