Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Omega” taksi sifarişi xidməti müsabiqə keçirir: Qalib siz ola bilərsiniz!

293 Baxış

Bakıda təxminən 30 şirkət tərəfindən taksi sifarişi xidmətləri göstərilir. Seçim kifayət qədər böyükdür. Lakin müştərilərin bu şirkətlərdən gözləntiləri yüksək səviyyədə xidmətdir. Büdcənizə və sağlamlığınıza zərər vermədən bir taksi xidmətini necə seçmək olar?

Cavab çox sadədir – Peşəkarlara müraciət edin.

“OMEGA” taksi sifarişi xidməti artıq 4 ildir ki, Bakı şəhərində fəaliyyət göstərir, şəhərin sakinlərinə və qonaqlarına xidmət edir. Bu müddət ərzində özünü etibarlı və məsuliyyətli bir şirkət kimi göstərməyi bacarıb. Qazandığı nailiyyətlərlə kifayətlənməyən “Omega” ölkəmizin daha iki böyük şəhərlərində – Gəncədə və Sumqayıtda da fəaliyyətə başlayaraq müştərilərin rəğbətini qazana bilib.

Sizləri hal-hazırda keçirilən aksiyada iştirak etməyə dəvət edirik. “Omega” taksi sifarişi xidməti Bakı şəhəri üzrə ayın sonuna qədər müsabiqə keçirir. Bütün iştirak edən müştərilərin qalib olma şansı var. Əsas uduş 10 000 manat və 100 nəfər iştirakçıya səfərlər üçün müxtəlif məbləğlərdə balans yükləniləcək. *0404-ə pulsuz zəng edib sifariş verməklə aksiyada iştirak şansı əldə edirsiniz. Daha çox sifariş – daha çox şansdır.

Mobil tətbiqetmənin köməyi ilə “Omega” müştəriləri şirkətin mövcud olduğu istənilən şəhərdə asanlıqla taksi sifariş edə bilərlər. Tətbiqin quraşdırılması kifayət qədər asandır. Bu çox vaxt aparmayacaq. Amma sonradan, bəzən çox tələsdiyiniz zaman, sizin köməyinizə çatacaq. “Googla Play”dən “Omega” taksi sifarişi xidməti əlavəsini yükləməklə müştərilər həm rahatlıqla taksi sifariş edə bilər, hətta sifariş etdikləri taksinin hal-hazırda şəhərin hansı istiqamətində olduğunu da izləyə bilirlər. “Omega” taksi sifarişi xidməti əlavəsini yükləmək üçün aşağıda qeyd olunan linklərdən istifadə etmək olar. 

İOS: https://goo.gl/Q5ugTi

Android: https://goo.gl/5UqURf

Müştəri:

Uzun müddətdir bu taksi xidmətlərindən istifadə edirəm və indi də mobil tətbiqi yükləmişəm. Avtomobillər sifarişlə tez təyin olunur. Sifarişin məbləği, mövcud tariflər və təyin edilən avtomobil haqqında tam məlumat əldə edə bilirəm. Çox rahatdır! Sifarişlərə avtomobillərin təyin edilməsi 30 saniyədən başlayan bir müddəti əhatə edir. Bu sözdə yox, reallıqda belədir. Avtomobilin təyin edilməsi və müştərinin ünvanına çatdırılma sürəti şirkətin rebrendinqdən sonra əldə etdiyi əsas yeniliklərdən biridir. Avtomobil parkının yenilənməsi üçün aparılan işləri qeyd etmək istəyirəm.

İndi “Omega” avtomobillərinin 70% -nin istehsal ili 2010-cu ildən köhnə deyil. Bundan əlavə, operatorların heyəti ikiqat artırıldı – bu, telefonla taksi çağırmağı üstün tutan müştərilər tərəfindən dərhal hiss edildi. İndi cavab üçün gözləmə müddəti 3 saniyədən çox deyil.

Artıq “Omega” taksi sifarişi xidmətinin dünya standartları səviyyəsində olduğunu söyləmək olar.

Dialoq:

– Salam! Səfərinizdən zövq aldınızmı?

– Səfər çox xoşuma gəldi! Bu taksi xidmətindən ilk dəfə id ki, istifadə edirdim. Çox tez gəldik. Avtomobilin salonu baxımlı, təmiz idi. Sürücü də çox nəzakətli biri idi. Düşünürəm ki, həmişə bu taksidən istifadə edəcəyəm.

Rahatlıq və əlçatanlıq! Şirkət rəhbərliyinin riayət etdiyi prinsip budur.

“Omega” Taksi sabit tariflərlə işləyir və daimi müştərilərinə müxtəlif bonuslar, güzəştlər və hədiyyələr təqdim edir.

Bizim məqsədimiz – Müştəri üçün hər səfəri mümkün qədər rahat, sərfəli və əyləncəli etməkdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678