Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Büdcədən maliyyələşmənin DSMF-nin gəlirlərində xüsusi çəkisi azalıb

312 Baxış

Əmək bazarının şəffaflaşması Sosial sığorta üzrə daxilolmaların artımı ilə nəticələnib. 2020-ci ildə dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar 3,6 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 22 faizədək artıb.

Bunu Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.

Onun sözlərinə görə, proqnozdan əlavə daxilolmaların həcmi 171 milyon manatdan çox olub:

“Məcburi sosial sığorta ödənişləri üzrə daxilolmaların davamlı artımı şəraitində büdcədən maliyyələşmənin Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində payı azalmaqdadır. Əgər 2017-ci ildə büdcədən maliyyələşmənin Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində xüsusi çəkisi 38,1 faiz təşkil edirdisə, 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində bu göstərici 25 faizədək azalıb”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678