Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir şəhidimizin övladı dünyaya gəlib – FOTO

119 Baxış

Bu gün Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Camal İsmayılovun oğlu dünyaya gəlib. 

Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, şəhidin oğluna Alparslan adı qoyulub.

Qeyd edək ki, Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.

O, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Cəbrayılın,Qubadlının, Hadrutun və Laçın dəhlizinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Camal İsmayılov oktyabrın 23-də Laçın dəhlizinin uğrunda gedən döyüşlərdə şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə Camal İsmayılova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Bundan başqa, dövlət başçısının digər sərəncamları ilə C.İsmayılov “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678