Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi qazisi: “Fəxr edirəm ki, Vətən müharibəsində mən də iştirak etdim” – FOTO

124 Baxış

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun zabit və əsgərləri cəsarətlə vuruşaraq erməni qəsbkarlarını məğlubiyyətə uğratdılar. Hünər və qəhrəmanlıqları ilə 28 ildən bəri davam edən işğala son qoydular. Erməni qəsbkarları ordumuzun gücü, qüdrəti qarşısında dayana bilməyərək geri çəkildilər.

Təbii ki, torpaqlarımızı erməni işğalçılarından təmizləyən cəsur zabit və əsgərlərimiz hər cür tərifə, hər cür xoş sözə layiqdirlər.

İkinci Qarabağ savaşında vuruşan, sözün həqiqi mənasında, erməni qəsbkarlarına qan udduran əsgərlərdən biri də İsmayılov Əli Asif oğludur. Əli İsmayılov Saatlı rayonunda dünyaya göz açıb. Orta təhsilini başa vurandan sonra həmyaşıdları kimi ordu sıralarına yollanıb. 2014-2016-cı illərdə cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət edib.

Əli İsmayılov döyüşlərlə bağlı fikirlərini “Azərbaycan ordusu” qəzetinə danışıb:

“Xidmətə başlayanda bizə təlim keçən zabitlərdən öyrəndim ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov da bu hərbi hissədə xidmət edib. Ölümdən qorxmadan, cəsarətlə, hünərlə erməni qəsbkarlarının üzərinə gedib. Düşmənə qarşı təkbaşına döyüşüb, neçə-neçə yağını məhv edib. İşğalçılara Azərbaycan əsgərinin gücünü, qüdrətini göstərib. Bunu öyrənəndə çox sevindim. Deməli, mən Milli Qəhrəmanımızın xidmət etdiyi hərbi hissədə xidmət edəcəkdim. İl yarım ərzində bir çox silahlardan hədəflərə atəş açmağın sirlərini öyrəndim.

Ordu sıralarından tərxis olunandan bir-iki ay sonra ordumuzun böyük üstünlüyü ilə başa çatan Aprel döyüşləri başlandı. Çox təəssüfləndim ki, mən o döyüşlərin iştirakçısı olmadım. İkinci Qarabağ müharibəsi başlanan kimi döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə müraciət etdim. Məni ordu sıralarına çağırdılar. İlk savaşımız uğurlu oldu. Cəbrayıl rayonunun üç kəndini erməni işğalçılarından azad etdik. Onlar güclü əks-hücumlarımız qarşısında dayana bilməyərək geri çəkilirdilər. Zabit və əsgərlərimiz qorxu bilmədən vuruşurdular.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678