Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda avtomobil aşaraq yanıb, xəsarət alan var

136 Baxış

Biləsuvar rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Muradov Qeyrət Piri oğlu “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirərək avtomobilini aşırıb. Avtomobil sonra yanmağa başlayıb.

Hadisə yerinə vaxtında çatan FHN-in Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alışan avtomobildən yaralı sürücünü xilas ediblər.

Q.Muradov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678