Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səhvsən, ya düz, fərqi yoxdur, bölməyə düşdünsə, üzr istəyəcəksən – VİDEO

126 Baxış

Kubra Məhərrəmova yazır…

Həyatda ən qorxduğum şey odur ki, nəsə bir qələt edərəm, sonra da polis şöbəsində kamera qarşısında “üzr istəməli” olaram. O video da bütün sosial şəbəkələrdə paylaşılar. Mən də axırda deyərəm ki, Azərbaycan polisindən üzr istəyirəm. Məsələnin mahiyyətindən asılı olmayaraq…

Səhvsən, ya düzsən, fərqi yoxdur, bölməyə düşdünsə, axırda üzr istəyəcəksən. Bitdi. 

Amma bu günə bir dəfə də olsun polisin vətəndaşdan üzr istəməsini görməmişəm. 

Ya da videosunu çəkməyiblər. 

Amma bu dəfə polis özü də bilmədən bir videonun baş qəhrəmanına çevrildi. 

Hadisəni qısa yazım ki, söhbətin nədən getdiyini biləsiniz. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb. Protokolu niyə yazıblar, onu başa düşmədim. Videoda da açıq-aydın görünür ki, qadının üzündə tibbi maska var idi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678