Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Reza Deqati fotoaparatlarını satışa çıxarması ilə bağlı məsələyə aydınlıq gətirdi

120 Baxış

Məşhur fotoqraf Reza Deqati fotoaparatlarını satışa çıxarması ilə bağlı etdiyi paylaşımın müzakirəyə səbəb olmasına aydınlıq gətirib.

O bildirib ki, fotoaparatını satmasında məqsəd Azərbaycanlı qazilərin müalicəsinə kömək etməkdir:

“Fotoaparatımı satıb, əldə edilən gəliri “YAŞAT” Fondunun hesabına köçürmək istəyirəm. Mənim hazırda imkanım buna çatır”.

R. Deqati Qarabağdan, şəhidlərdən danışan zaman göz yaşlarını saxlaya bilməyib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678