Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Salyanda xınayaxdı mərasimi keçirənlər cərimələndi – FOTO/VİDEO

129 Baxış

Salyan rayonunda xınayaxdı mərasimi keçirənlər cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Salyan RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə xınayaxdı mərasimi təşkil edildiyi müəyyən olunub. Polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.

Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə ediliblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678