Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik sintetik torlarla bağlı müvafiq orqanlara müraciət etdi

130 Baxış

“Ov üçün istifadə olunan sintetik torlarının satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət olunub”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, qanunvericiliklə həmin torların istifadəsi qadağandır:

“Təəssüf ki, bəzi hallarda bu torlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678