Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ARV-terapiyanın İİV-ə yoluxmuş insanlara təsiri ilə bağlı AÇIQLAMA

119 Baxış

İnsanda sağalması mümkün olmayan ağır infeksion və onkoloji xəstəliklər inkişaf edir. Müalicə tətbiq olunmasa, xəstəlik ölümlə nəticələnir.

Bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

Onun sözlərinə görə, AİDS/QİÇS-in insan orqanizmində inkişaf prosesi fərqlidir:

“İlk növbədə qeyd etməliyəm ki, bu iki anlayışı biri birindən ayırmaq lazımdır. İİV – İnsanın İmmunçatışmazlığı Virusudur. İIV infeksiyası – İnsan İmmunçatışmazlığı Virusu ilə yoluxma nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir.

QİÇS – Qazanılmış İmmunçatışmazlığı Sindromudur. İİV infeksiyasının son mərhələsidir, insanın immun sisteminin zədələnməsi nəticəsində yaranan ağır, çox vaxt müalicə olunmayan ikincili xəstəliklərlə (opportunistik infeksiyalar, bədxassəli şişlər və s.) səciyyələnən mərhələdir”.

E.Alməmmədova İİV infeksiyasının insan orqanizminə təsirindən danışıb:

“İİV insanın immun (müdafiə) sisteminin hüceyrələrində çoxalaraq, onları məhv edir. Nəticədə insanın immun sistemi zədələnir və müdafiə funksiyasını yerinə yetirə bilmir. İnsan orqanizminin müxtəlif xəstəliklərin törədiciləri və bədxassəli şişlərlə mübarizə aparmaq qabiliyyəti zəifləyir. İnsanda sağalması mümkün olmayan ağır infeksion və onkoloji xəstəliklər inkişaf edir. Müalicə tətbiq olunmasa, xəstəlik ölümlə nəticələnir.

Bilməliyik ki, bu xəstəliklərin tam müalicəsi yoxdur. Tətbiq olunan virusa qarşı müalicə- antiretrovirus müalicə (ARV-terapiya) adlanır. ARV-terapiya ömürlükdür, orqanizmin köklü sanasiyasi hələ ki mümkün deyil. Lakin, ARV-terapiya İİV-ə yoluxmuş insanların həyatını uzadır, həyat keyfiyyətini xeyli yaxşılaşdırır. Vaxtında tətbiq olunan ARV-terapiya ölüm hallarının qarşısını alır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678