Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“WhatsApp” vasitəsilə bank kartlarına hücum edilir – XƏBƏRDARLIQ + FOTO

157 Baxış

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC adından sui-istifadə etməklə hədəflərinə “WhatsApp” vasitəsi ilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların artıq Azərbaycan nömrələriylə aldadılması daha öncə haqqında məlumat verilən sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır və yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanıb:

“Vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmaq tövsiyə edilib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678