Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azad olunan ərazilərdə qurulan ilk su elektrik stansiyasının əhəmiyyəti – FOTO

139 Baxış

Laçın rayonu ərazisində, Həkəri çayının sahilində yerləşən Güləbird Su Elektrik Stansiyası ilə media nümayəndələrinin tanışlığı olub. 

Bu barədə Oxu.Az-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir. 

Bu, 8 meqavatlıq stansiyadır. 

Prezident İlham Əliyev fevralın 14-də Güləbird SES-in açılışında demişdi ki, stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır.

“Beləliklə, biz təbiətimizdən – Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik”, – deyə Prezident əlavə edib.

Qeyd edək ki, Güləbird Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.

Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678