Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət büdcəsindən DSMF-yə transfert məbləği azalıb

135 Baxış

Son 3 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində 39%, o cümlədən sosial sığorta haqları üzrə daxilolmalarda 70% artım qeydə alınıb.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, bu dövrdə DSMF gəlirlərində 39% və ya 1 milyard 327 milyon manat artım qeydə alınmaqla, gəlirlər 2020-ci ildə 4 milyard 748 milyon manat təşkil edib. 

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə daxilolmalar 70% və ya 1 milyard 467 milyon manat artaraq, ötən il 3 milyard  553 milyon manata çatıb. MDSS haqları üzrə Fonda daxilolmalarda artım dövlət sektoru üzrə 84%, özəl sektor üzrə 63% səviyyəsində özünü göstərib. 

DSMF gəlirlərində yığımın mütəmadi artımı, sosial təminat sistemində şəffaflığın təminatı və Fondun fəaliyyətinin optimallaşdırılması sahəsində ardıcıl tədbirlər Fondda 2018-ci ildə 22 milyon, 2019-cu ildə 197 milyon və 2020-ci ildə 235 milyon manat ehtiyat vəsaitin yaranmasına imkan verib. 

Sosial ödənişlərin ciddi şəkildə optimallaşdırıldığı və təkmilləşdirildiyi, son 3 ildə əhaliyə ödənişlərin 1,3 milyard manat artdığı şəraitdə dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləği son üç ildə 10% azalıb.

Əgər 2018-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsindən ödənilən bu məbləğ DSMF büdcəsinin 38,1 faizini təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 26 faizə düşüb. Beləliklə DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlığı gücləndirilib.

Artım dinamikası fərdi uçot sistemi ilə əhatə olunanların sayının da çoxalması ilə müşahidə olunub. Fərdi şəxsi hesabı olanların sayı 2018-2020-ci illərdə 24% artaraq, 3 542 131 nəfərdən 4 382 297 nəfərə çatıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678