Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azəriqaz” sözçüsü: “Səhlənkarlığa baxın! Qaz borusuna su qoşulub. Şaxta isə onu dondurub” – VİDEO

120 Baxış

Fevralın 22-də qonşulardan birinin səhlənkarlığı ucbatından su borusunun qaz xəttinə qoşulması səbəbindən yaranan problem aradan qaldırılıb. 

Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib. 

Bildirib ki, sözügedən problem səbəbindən bir binanın qazsız qaldığı barədə məlumat vermişdik:

“Bu fakt paytaxtın Nərimanov rayonu Y.Nəsirov küçəsi 5/15 ünvanında baş verib. Düzdür, gecə saatlarına qədər işlədik, təchizat bərpa olundu. Lakin baş verən səhlənkarlığın nəticəsinə bir də baxın. Görünür, əsas xətlərə də müəyyən qədər su dolaraq qalıb. Çünki bir blokun 18 mənzilində qaz yoxdur. Blokun giriş hissəsində qaz var, lakin mənzillərə getmir. Düşünürük ki, su xətlərə dolub və şaxtadan donub. “Azəriqaz” İB əməkdaşları ərazidədir. Borulardakı donu açmağa çalışırıq”.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678