Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda yük avtomobilləri toqquşdu: Xəsarət alan var

138 Baxış

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat xidməti məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “Shacman” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678