Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sosial şəbəkələrdə tanış olduğu şəxslə Bakıya narkotik gətirdi – FOTO/VİDEO

130 Baxış

Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Hikmət Qurbanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, onun üzərinə baxış zamanı iki ədəd bağlamada ümumi çəkisi üç kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən olunub ki, Hikmət Qurbanov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib.

Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının göstərişi ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. H.Qurbanov tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678