Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdədə dələduzluq və oğurluq edənlər saxlandı

125 Baxış

Bərdədə oğurluq və dələduzluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayon sakini Y. Məmmədov DİN-in “102 – Zəng Mərkəzi”nə və RPŞ-yə müraciət edərək ona məxsus VAZ-21723 markalı avtomobilin rayon ərazisindən oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar olaraq polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran şəxsin Bərdə rayon sakini Səməd Bayramov olduğu müəyyən edilib. S. Bayramov Mingəçevir şəhəri ərazisində avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib.

Bərdə RPŞ-nin keçirdiyi digər tədbirlərlə Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinin tövləsindən oğurluq edən şəxs də saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Elgiz Musayev olduğu müəyyən edilib və 1 baş iribuynuzlu heyvan oğurlamaqla həmkəndlisinə 1500 manat miqdarında ziyan vurduğu məlum olub.

Həyata keçirilmiş digər tədbirlərlə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Elçin Sadıqov saxlanılıb. Araşdırmalarla onun dələduzluq edərək vətəndaşlara 1000 manatdan artıq ziyan vurduğu bəlli olub. 

Bundan əlavə keçirilən tədbirlərlə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb. Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə axtarışda olan Kəlbəcər rayon sakini Qoşqar Rəhimovun yeri müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678