Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik vaksinasiya zamanı növbələrin yaranması məsələsinə aydınlıq gətirdi

160 Baxış

Vətəndaşlar narazılıq etsələr də, vaksin olunmağa gəldikləri zaman növbə gözləməlidirlər.

Bunu müsahibəsində Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə deyib. 

“Vaksindən öncə bir neçə yoxlanış, məlumatların alınması prosesi bəzən vətəndaşların gözləməyinə səbəb ola bilir. Əsas səbəblərdən biri isə qeydiyyatdan keçməmiş vətəndaşların müraciəti ilə yaranır.

Onların bir-bir qeydiyyata alınması prosesi həqiqətən bəzən çətinliklərə səbəb olur və gözləmələrə gətirib çıxarır. Nəticədə müəyyən narazılıqlara səbəb olur. İşimizə yardım məqsədi ilə vətəndaşlardan qeydiyyatdan keçmələrini və ya yaxınlarından bu prosesdə onlara yardımçı olmalarını xahiş edirik”, – deyə o qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678