Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Narkotacirdən külli miqdarda narkotik və 24 min dollar pul aşkarlandı

131 Baxış

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıldı.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 36 qramdan artıq heroin, 30 qrama yaxın metamfetamin, 47 qramdan artıq marixuana, 10 ədəd metadon həbi və narkotik vasitənin satışından əldə olunan 125 manat pul aşkarlanıb. 

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq dörd kiloqram 702 qramdan artıq heroin, bir kiloqrama yaxın metamfetamin, bir kiloqrama yaxın marixuana, 940 qram həşiş, 193 qramdan artıq tiryək, bir ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunan 24 000 ABŞ dolları götürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678