Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən gün iki piyadanı maşın vurub öldürüb

129 Baxış

Ötən gün yol qəzalarında 2 piyada ölüb.

Bu barədə DİN-in məlumatında bildirilir.

Martın 7-də saat 17 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Maqsudov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakini Y.Şabanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmin gün saat 19 radələrində Yevlax rayonu ərazisində rayon sakini E.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən həmyerlisi S.Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678