Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sürücülər kasko sığortadan niyə imtina edir? – AÇIQLAMA + VİDEO

117 Baxış

Bakıda əsən güclü küləkdə avtomobillərin zərər görməsi kasko sığorta ilə bağlı yaşanan problemləri yenidən gündəmə gətirib.

“ARB Xəbər”in süjetində bildirilib ki, avtomobil icarəyə verən şirkətlər və sürücülər kasko sığortanın şərtlərinin ağır olmasından narazıdırlar. 

Sığorta eksperti Nizami Mənsimov isə bu sığorta növünə marağın az olmasına səbəb kimi – maarifləndirmə işinin zəifliyi, yüksək qiymət və keçmişdə yaşanan neqativ halların olmasını qeyd edib.

Məsələyə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı isə qeyd edib ki, qəzalarda sürücünün maşını hadisə yerindən kənarlaşdırması və bu kimi kiçik məsələlərə görə şirkətlər ödəniş etməkdən imtina etdiyi üçün vətəndaşlarda sığortaya qarşı inamsızlıq yaranıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678