Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibə iştirakçıları ən çox hansı hallara görə tibb müəssisəsinə müraciət edib? – FOTO

117 Baxış

2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları ərzində İkinci Qarabağ müharibəsinin iştirakçıları və şəhid ailəsi üzvlərinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 13 158 sayda tibbi xidmət göstərilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərin ailə üzvlərinin müayinə və müalicəsi davam etdirilir.

İkinci Qarabağ müharibəsi iştirakçılarına, şəhidlərin ailə üzvlərinə tibbi xidmətlərin 10 962-si ambulator, 2 196-sı isə stasionar şəraitdə göstərilib. Tibbi xidmətlər almış 2 172 şəxsin 1 754 nəfəri müharibə iştirakçısı, 418 nəfəri isə şəhid ailəsi üzvü olub. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş müraciətlər əsasən qarışıq həyəcan və depressiv pozuntuları, posttravmatik stres pozuntusu, nevrasteniya, gərginlik tipli baş ağrıları, cərrahi sarğılara və tikişlərə qulluq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı olub.

Müraciət etmiş şəxslərə ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələr təyin olunub, onların müayinə və müalicəsi üçün zəruri addımlar atılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678