Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyərti daşıyan rusiyalı Azərbaycan sərhədindən dərman preparatları keçirməyə çalışdı – FOTO

132 Baxış

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar.

Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat verib.

Belə ki, Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına göyərti yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi “Renault” markalı yük avtomobili “Astara” gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.

Yük nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilən zaman dartıcıda şübhəli cizgilər müşahidə edilib. Yoxlama zamanı avtomobilin kabinasında – tavanın üzərində olan boşluqda gömrük nəzarətindən gizlədilən 1 900 həb, müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678