Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın ötən il “stop” qoyduğu dərmanların sayı açıqlandı

132 Baxış

2020-ci ildə Azərbaycanda sertifikatı olmayan 59 adda 90 qutu dərman vasitəsi satışdan çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yazılıb.

Bildirilib ki, idxal üçün təqdim edilmiş 31 006 sayda dərman vasitəsinin analizi aparılıb,  bunlardan 31 min ədədinə müsbət, altısına mənfi rəy verilib. 

2020-ci il ərzində 1,3 minə yaxın dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 850 dərman vasitəsi qeydiyyat və qeydiyyat proseduruna, 1,5 mindən çox dərman vasitəsi ilkin ekspertizaya qəbul olunub. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678