Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yataqların istismarı ilə bağlı komissiya yaradılır – RƏSMİ

120 Baxış

“2021-ci ildən etibarən yer təki sahələrinin hərrac vasitəsilə istismara verilməsi gözlənilir”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.

Onun sözlərinə görə, il ərzində mərhələli şəkildə bütün yataqlar hərrac vasitəsilə istismara veriləcək:

“İlk hərraca çıxarılan yatağımız Göygöldə yerləşən gil yatağıdır. Qanunvericiliyə uyğun olaraq İqtisadiyyat Nazirliyi, ETSN, Fövqəladə Hallar Nazirliyi və digər qurumların nümayəndələrindən ibarət hərrac komissiyası yaradılır. Hərracda qalib gələn şəxs yer təki istismarında hüquq qazanır”, – deyə sədr qeyd edir. 

S.Qurbanov əlavə edib ki, hərracın keçirilmə hüquqları Agentliyin səlahiyyətindədir:

“Hərracda iştirak etmək istəyən şəxslərlə bağlı müəyyən tələblər var, həmin tələblərə cavab verməyən şəxslər hərracda iştirak edə bilməz”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678