Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uşaq bağçalarının fəaliyyətinin dayandırılması nə vaxta qədər davam edəcək? – RƏSMİ

141 Baxış

“Uşaq bağçalarının fəaliyyətində fasilə davam etməkdədir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, uşaq bağçalarının fəaliyyətinin dayandırılması epidemioloji vəziyyət nəzarət altına alınanadək davam edəcək:

“Bağçalarda olan təhsil hələlik bərpa edilmir. Amma bağça və məktəbəqədər tədris müəssisələri istəyərsə, öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər”.

“Sonra müyyən bölgələrdə bağçaların fəaliyyəti bərpa edilə bilər. Lakin ən azı iki həftədə bu reallaşmayacaq”, – deyə E.Əmrullayev əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678