Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus vaksini ilə bağlı diqqət çəkən araşdırma

115 Baxış

Koronavirusa qarşı “Pfizer/BioNTech” vaksininin COVID-19-un “Braziliya ştamı”na (P.1) təsiri müəyyənləşib.

“New England Journal of Medicine”də bu barədə araşdırma dərc edilib.

İki özəl tibb şirkətinin və Texas Universitetinin alimləri P.1 mutasiyası ilə eyni sünbül zülalı mutasiyaları olan virus versiyasını istehsal ediblər.

“Pfizer” peyvəndi olan insanlardan alınan qan nümunələrində laboratoriyada istehsal olunan virus test olunub.

Sünbül zülalı virusun insan hüceyrələrinə daxil olmaq üçün istifadə olunan bir hissəsi olaraq bilinsə də, əksər peyvəndlər virusun bu tərəfini hədəf alır.

Araşdırma zamanı məlum olub ki, qandakı antikorlar test virusunu təsirsiz hala gətirə bilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678