Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir: “Operativ qərargahla müzakirələr davam etdirilir”

118 Baxış

“Teatrların açılması ilə bağlı müzakirələr davam etdirilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, pandemiya ilə bağlı dinamika hər zaman nəzərdən keçirilir:

“Bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahla müzakirələr davam etdirilir. Təbii ki burada Mədəniyyət Nazirliyinin rəyi də nəzərə alınır. Yoluxma dinamikası aşağı düşdüyü zaman teatrları açacağıq. 

Ümid edirik ki, teatrlarımız mövsümün sonuna kimi açılacaq. Təbii ki teatrlar açılsa, hazırda dünya praktikasında istifadə olunan məhdudiyyətlərdən və sosial məsafə qaydalarından biz də yararlancağıq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678