Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“SOCAR Petroleum” işğaldan azad edilmiş ərazilərlə bağlı planlarını açıqladı – FOTO

140 Baxış

“SOCAR Petroleum” işğaldan azad edilmiş ərazilərdə yanacaq təminatı sahəsini genişləndirməyi hədəfə alıb.

Şuşa şəhərində yanacaq sektorunda ilk fəaliyyətə başlayan “SOCAR Petroleum”:

Bildiyiniz kimi “SOCAR Petroleum” cari ilin 12 fevral tarixində Şuşa şəhərinin yanacaq təminatını həyata keçirmək məqsədilə yeni modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verdi. Qeyd olunan tarixdən bu günə qədər həmin yanacaqdoldurma məntəqəsində iki ton A-92 markalı benzin və on ton dizel yanacağı satılıb. Bununla da ümumilikdə satılan yanacaq növlərindən əldə olunmuş gəlirdən ƏDV ödənişləri də həyata keçirilib. Beləliklə “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şuşa şəhərində yanacaq təchizatçısı olaraq vergi ödəyən ilk şirkət oldu.

“SOCAR Petroleum” QSC ölkəmizin neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirən ən böyük şirkətlərdən biri olmaqla həm əvvəlki illərdə, həm də 2021-ci ilin nəticələrinə görə ən qabaqcıl vergi ödəyicilərindən biridir. Hələ müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların mühüm istiqaməti ölkə iqtisadiyyatının fiskal siyasətinin prioritetlərinin müəyyənləşdirilməsindən ibarət olub. Bu gün vergi sahəsində həyata keçirilən islahatlar, vergi inzibatçılığının təkmilləşdirilməsi və ən son texnologiyaların tətbiq olunması şirkətimizdə mütərəqqi vergi sisteminin formalaşmasına zəmin yaradıb.

Modul tipli YDM inşasında xarici və yerli təcrübə:

Eyni zamanda qeyd edək ki, modul tipli yanacaqdoldurma məntəqələrinin istismara verilməsi bizim üçün ilk deyil. Belə ki, bundan əvvəl müxtəlif ərazilərdə də “SOCAR” adı altında bu tip yanacaqdoldurma məntəqələri quraşdırılaraq sürücülərin istifadəsinə verilib. Xüsusilə qeyd etmək lazımdır ki, “SOCAR Petroleum” cari ilin 5 yanvar tarixində ən çətin relyefə malik, dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə yerləşən Şahdağ Turizm Kompleksinin ərazisində modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

Modul tipli yanacaqdoldurma məntəqələrinin iki əsrə yaxın tarixi var. Hələ 1800-cü illərdə dünyada ilk modul və konteyner tipli yanacaqdoldurma məntəqəsi yaranıb. Bu növ məntəqələrin tarixi köhnə olsa da bu günümüzə qədər gəlib çatıb. Bu təcrübədən bir çox ölkələr yararlandığı kimi hal-hazırda Azərbaycan da bu sistemdən istifadə edir.

Onu da qeyd etmək vacibdir ki, respublikamızda modul və ya konteyner adlı yanacaqdoldurma məntəqələri ilk olaraq “SOCAR Petroleum” tərəfindən istismara verilib.

Müasir texnologiya və innovativ avadanlıqlarla təchiz edilmiş yanacaqdoldurma məntəqəsi konsepsiyası:

Qlobal dünyada Azərbaycanın strategiyası innovasiyaların inkişafı vasitəsilə biliklər iqtisadiyyatına doğru irəliləməkdədir. Azərbaycan sistemli iqtisadi islahatların mürəkkəb yolunu keçərək bir çox cəhətdən MDB ölkələrini geridə qoyub. Bu gün Azərbaycanda azad bazar iqtisadiyyatının inkişafı üçün münbit zəmin yaradılıb. Həyata keçirilmiş islahatların nəticələri göz qabağındadır. Azərbaycanın iqtisadiyyatı dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardandır.

“SOCAR Petroleum” QSC hazırda iqtisadiyyatın sənaye inkişafı fazasına daxil olub. Eyni zamanda cəmiyyət yanacaqdoldurma məntəqələri sahəsində yeni texnologiyaların inkişafını yüksək səviyyədə təbliğ və təşkil edir.

Ölkəmizdə müasir iqtisadiyyata keçidlə bağlı “SOCAR Petroleum” QSC-nin də üzərinə mühüm vəzifələr düşür. Ən yeni texnologiyaların tətbiq olunmasında daha yeni uğurlara imza atacağımız şübhə doğurmur.

“SOCAR Petroleum” QSC dövrümüzün ən müasir texnoloji tələblərinə uyğun olaraq, adi yanacaqdoldurma məntəqələrindən fərqli şəkildə, işğaldan azad olunmuş Qubadlı rayonunun Eyvazlı kəndi ərazisində innovativ yanacaqdoldurma məntəqəsini istifadəyə verməyi planlaşdırır. İnşa ediləcək müasir yanacaqdoldurma məntəqəsi dünyanın ən qabaqcıl texnologiyaları ilə təchiz ediləcək.

Zəfər yolu, Şuşa şəhərinin giriş hissəsində “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinin inşasına hazırlıq:  

Vətən müharibəsi bitdikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması ilə bağlı verdiyi qərar və sərəncamlara əsasən dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası işğaldan azad edilmiş bölgələrimizdə də sürətlə yerinə yetirilməyə başladı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil magistral yolunun təməlqoyma mərasimindən sonra dərhal layihənin icrasına start verildi. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazilərindən keçməklə sözü gedən rayonların 20-dən artıq iri yaşayış məntəqəsindən keçəcək. Dövlət başçısının rəhbərliyi ilə ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyması bütün sahələrdə qazanılmış uğurlarla yanaşı, əhalinin məşğulluq səviyyəsinin və rifah halının daha da yüksəlməsinə səbəb olub. Bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarında, habelə regionların sosial iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması siyasəti birbaşa insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Prezident İlham Əliyevin göstərdiyi hərtərəfli diqqət və qayğı bizi işimizə daha böyük həvəslə və peşəkarlıqla yanaşmaqda ruhlandırır. Azərbaycan Prezidentinin hər zaman olduğu kimi verdiyi tapşırıq və tövsiyələr bu gündə öz aktuallığını qoruyub saxlayır və hədəflərimizin əsasını təşkil edir.

“SOCAR Petroleum” QSC Azərbaycan Respublikasının hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbləri səviyyəsində hərtərəfli xidmət göstərərək, yanacaqdoldurma məntəqələri şəbəkəsinin əhatə dairəsini genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün irihəcmli sərmayə qoyuluşları həyata keçirməyi planlaşdırır. Cəmiyyətin təqdim etdiyi bütün xidmətlər vətəndaşlarımızın rahatlığını tam təmin etmək məqsədi daşıyır.

Cəmiyyət ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə alqı-satqısını təşkil etməklə yanaşı çoxsahəli nəqliyyat infrastrukturuna və beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir. “SOCAR Petroleum” QSC “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlayıb, elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən müvafiq xidmət sahələri ilə komplektləşdirilib, yeni tələblərə cavab verən layihələr əsasında müasir tipli yanacaqdoldurma məntəqələrini inşa etdirir və istismar edir.

Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq regionlarda infrastruktur layihələrinin icrasının davam etdirilməsi, əhalinin məşğulluğunun artırılması və yeni iş yerlərinin açılması ilə əlaqədar insanların rifah halının yüksəldilməsini nəzərə alaraq Şuşa şəhərinə çəkilən Füzuli-Şuşa magistral avtomobil yolunun Şuşa şəhərinə girişində yeni yanacaqdoldurma məntəqəsinin tikintisi planlaşdırılır.

“SOCAR Petroleum” respublikamızın bütün bölgələrində dövrümüzün tələblərinə cavab verən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməyə davam edəcək.

“SOCAR Petroleum” QSC-nin mətbuat katibi, filologiya üzrə fəlsəfə doktoru Üzeyir Həbibbəyli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678