Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Balakəndə avtomobil atlını vuraraq öldürüb – VİDEO

111 Baxış

Balakəndə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Baku TV xəbər verir ki, dünən gecə saatlarında Balakən-Qazbinə-İtitala avtomobil yolunun Püştətala kəndi ərazisindən keçən hissəsində yük maşını hərəkətdə olarkən sərt döngədə onun yoluna çıxan atlını vurub. 

Qəza nəticəsində atlı, rayonun Kortala kənd sakini, 23 yaşlı Elmar Abdullayev aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti müayinə edilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Qəzada eyni zamanda ölən şəxsin mindiyi at da tələf olub. 

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678