Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabah “Kontakt Home – Quba” mağazasına gəlməyiniz üçün üç səbəb: 50 %-dək endirimlər, hədiyyələr, əyləncə

235 Baxış

12 mart saat 11:00-da “Kontakt Home”un Quba mağazasının rəsmi açılışına hamınız dəvətlisiniz! Şimal regionunun ən böyük elektronika və mebel mağazası olan “Kontakt Home – Quba” mağazasının açılışından kiçikdən böyüyə hər kəs zövq ala biləcək. Açılış mərasimində “Kontakt Home” ziyarətçilərini musiqi, əyləncəli oyunlar, fotozonalar və hədiyyəli müsabiqələr gözləyəcək.

Ən əsası isə açılışa özəl 50%-dək endirim və 24 ayadək hissəli ödəniş kampaniyasından yararlana biləcəksiniz.

AXTARDIĞINIZ HƏR ŞEY BİR MƏKANDA

30-dan çox dünya brendinin 15000-dən çox məhsul çeşidi ilə müştərilərin zövqünü oxşayan “Quba” mağazasında hər kəsə istədiyi məhsulu bir məkanda tapmaq imkanı yaradır.

2000 m2 sahəyə malik, loft üslubunda dizayn olunmuş “Quba” mağazasında dünya brendlərinə aid rəqəmsal texnikanın, böyük və kiçik məişət texnikasının, mebel və tekstilin geniş çeşidi müştərilərə təqdim olunub.

ALIŞ-VERİŞ ƏSL ƏYLƏNCƏYƏ ÇEVRİLƏCƏK

Şəbəkə müştərilərin rahatlığı və əyləncəsi üçün də hər şey düşünüb. Yeni açılan “Quba” mağazasında Uşaq Zonası fəaliyyət göstərir. Valideynlər alış-veriş edən zaman balacalar bu zonada maraqlı vaxt keçirə bilər.

Mağazanın digər özəlliyi də mövcud olan Oyun Zonasıdır. Burada mağaza ziyarətçiləri ən populyar videooyunları oynayaraq əyləncəli vaxt keçirə bilərlər.

AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİMLƏR, ÇOX SƏRFƏLİ KREDİT ŞƏRTLƏRİ

Açılış münasibətilə məhz “Quba” mağazasının müştərilərini 12-19 mart tarixlərində:

– Nağd alışda hər növ məhsula 50%-dək endirimlər;

– Kreditlə alışda isə smartfonlara 12 ay faizsiz; bütün TV və məişət texnikasına 18 ay faizsiz, bütün mebellərə 24 ay faizsiz, ilkin ödənişsiz təkliflər gözləyir.

Beləliklə, açılış münasibətilə nağd alışda:

– “Hoffmann” soyuducusunu 580 deyil, 479 manata;

– 81 sm-lik “LG” Smart televizorunu 600 deyil, 499 manata əldə edə bilərsiniz.

Kreditlə:

Samsung A10s smartfonuayda cəmi 22 manat 50 qəpiyə;

Xiaomi Redmi 9T smartfonu ayda 33 manat 33 qəpiyə;

– 3 nəfərlik Adona divanı ayda 20 manata olacaq. 

Qeyd edək ki, “Kontakt Home” mağazalarında satılan bütün məhsullar 3 ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.

Endirimlərdən yararlanmaq və vaxtınızı əyləncəli keçirə bilmək üçün ailənizlə birlikdə “Quba” mağazasının rəsmi açılış mərasimini qaçırmayın.

Mağaza Heydər Əliyev prospekti 129 (Köhnə Şahdağ ticarət mərkəzi) ünvanında yerləşir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678