Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qeyri-qanuni fəaliyyətlə məşğul olan müəssisələrlə bağlı prokurorluğa müraciət edildi

120 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bəzən vətəndaşların vasitəçilər tərəfindən özlərinə ünvanlı dövlət sosial yardım düzəltdirmələri məsələsindən danışıb.

Oxu.Az-ın məlumatına görə, o bildirib ki, vətəndaşın ünvanlı dövlət sosial yardım almaq hüququ varsa, həmin şəxs rahat şəkildə sənədlərini elektron sistemə daxil edə bilər:

“Vətəndaşın ünvanlı dövlət sosial yardım almaq üçün məlumatı saxtalaşdırılırsa, bu, qanun pozuntusu, hətta deyərdim ki, cinayətdir. Bildiyiniz kimi, bu yardım iş yeri olan şəxslərə verilir. Bəzən vətəndaş heç bir yerdə işləmir, lakin vasitəçi tərəfindən saxta müəssisədə işləməsi və müqaviləsinin olduğu göstərilir.

Həmin sistemdə də məlumatlar daxil edildikdə vətəndaşın adı işləyən şəxs kimi görünür. Təbii ki, vətəndaşa ünvanlı dövlət sosial yardım təyin olunduqdan sonra daimi monitorinqlər həyata keçirilir. Aparılan araşdırma zamanı vətəndaşın adı qeyd edilən müəssisədə 200 nəfərin hamısının bu yardımı aldığı aşkarlanır.

Amma onlara heç bir sığorta ödənişi edilmir. Çünki əməkhaqqından sosial sığorta ödənişi edilməlidir. Buna görə də yardım təyin ediləndən iki gün sonra həmin müəssisə vətəndaşın müqaviləsinə xitam verir”.

O qeyd edib ki, 20-yə yaxın müəssisənin qeyri-qanuni fəaliyyəti ilə bağlı prokurorluq orqanlarına müraciət edilib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678