Hərbi cinayətlər kəskin azalıb – RƏSMİ
“2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış cinayətlər ümumilikdə 36,1 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6 faiz, qeyri-hərbi cinayətlər isə 18,6 faiz azalıb”.
Oxu.Az-ın məlumatına görə, Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev bildirib.
F.Əliyev bildirib ki, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış böyük ictimai təhlükə törətməyən cinayətlər 33,5 faiz azalıb:
“Az ağır cinayətlər 37,6 faiz, ağır cinayətlər isə 39,9 faiz azalıb”.
“2020-ci ildə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin – qəsdən adam öldürmə, hakimiyyətdən sui-istifadə etmə, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinin, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin və digər cinayətlərin dinamikasında 2019-cu illə müqayisədə azalma müşahidə olunub”, – deyə o, əlavə edib.
Məlumat oxu.az saytından götürülmüşdür.