Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bir ailənin dörd üzvünün ölümünə səbəb olan sürücünün istintaqı başa çatdı

134 Baxış

Bakıda bir ailədən dörd nəfərin ölümünə səbəb olan avtomobil qəzasını törətməkdə təqsirli bilinən Vüqar Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. VAZ-2105 və BMW markalı avtomobillər toqquşub. 

Nəticədə VAZ-2105-in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan digər sərnişinlər – 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Həmçinin BMW-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678