Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN: Ötən gün intihara cəhd edən bir nəfər xilas edilib

121 Baxış

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinə 17 yanğına çıxış əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) ötən sutka ərzində həyata keçirdiyi qəza-xilasetmə əməliyyatları ilə bağlı açıqladığı statistikada qeyd olunub. 

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış, 1 köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3 nəfər köməksiz vəziyyətdə qalan və 1 nəfər intihara cəhd edən şəxs xilas olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678