Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Salyanda idarəetmədən çıxan avtomobil maneəyə çırpıldı, sürücü xəstəxanalıq oldu

129 Baxış

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə “Babazənan” yaşayış massivi ərazisində qeydə alınıb.

Salyan şəhər sakini, sürücü, 1984-cü il təvəllüdlü Dadaşov Emin Mehman oğlu minik avtomobilinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678