Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pandemiyaya görə banklar vətəndaşlara nə qədər güzəşt edib?

130 Baxış

Pandemiya ilə əlaqədar ümumilikdə 2020-ci il ərzində banklar tərəfindən 1,2 milyard manat məbləğində 52 minə yaxın kredit restrukturizasiya olunub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu proses hazırda da davam etməkdədir.

Restrukturizasiya olunmuş kreditlərin məbləği üzrə 87 faizi biznes, 9 faizi istehlak, 4 faizi ipoteka kreditlərinin payına düşüb.

Ötən il bankların kredit portfeli bağlanmış banklar nəzərə alınmadan hesabat ilinin sonuna 14,2 mlrd. manat olub. Bağlanmış banklar nəzərə alınmadan 2020-ci ildə bankların ipoteka portfeli 13 faiz artıb, biznes kreditlərinin həcmi sabit qalıb, istehlak kreditləri üzrə isə 6,3 faiz azalma olub.

Kredit portfelinin 60 faizini (8,5 milyard manat) biznes, 26 faizini (3,7 milyard manat) istehlak kreditləri, 14 faizini (2 milyard manat) ipoteka kreditləri təşkil edir.

Hesabat ilində kreditləşmə prosesinin dəstəklənməsi məqsədilə bank sektorunun sağlamlaşdırılması və kapitallaşdırılması tədbirləri davam etdirilib. Ümumilikdə, 2020-ci ildə banklar tərəfindən ümumilikdə 131,7 milyon manat məbləğində səhmdar kapitalı artırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678